Bakı şəhər 157 nömrəli tam orta məktəbdə Bayrağımızın 100 illiyinə həsr olunan tədbir keçirilib

13 Noyabr 2018 10:58

Məktəbin 5A sinfinin şagirdləri tərəfindən təşkil olunan bayram  tədbiri dövlət himnimizin səsləndirilməsi ilə başlayıb.Mərasimə müəllimlər, şagirdlər və valideynlər qatılıb. Məktəbli dostlarımız dövlət rəmzləri, bayrağımızın rəngləri və simvollarının mənası haqqında iştirakçılara məlumat veriblər. Daha sonra Bayraq gününün tarixini əks etdirən videoçarx təqdim olunub.Tədbir şagirdlərin şeir, mahnı və rəqs nömrələri ilə davam edib.