Bakı şəhər 60 nömrəli məktəbdə Uşaq hüquqları aylığı ilə əlaqədar aksiya keçirilib

15 Noyabr 2018 09:39

20 Oktyabr- 20 Noyabr ölkəmizdə Uşaq hüquqları aylığı çərçivəsində  məktəblərdə silsilə tədbirlər keçirilir. Bakı şəhər 60 saylı tam orta məktəbdə də uşaqlara diqqəti artırmaq, onlara bir şəxsiyyət kimi yanaşmanı təbliğ etmək üçün maraqlı  addım atılıb. Belə ki təhsil ocağının idarəçiliyi bir günlük şagirdlərə həvalə olunub. Onlar direktor və müəllimləri əvəz ediblər.Şagirdlər məktəb kollektivinin iştirakı ilə konfrans zalında  toplantı keçirib. Burada uşaq hüquqları ilə bağlı iştirakçılara məlumat verilib.  Məktəblilər onlara həvalə olunan vəzifələrin və tapşırıqların öhdəsindən məharətlə gəlməyi bacarıblar.