Hər səhər 4 km qaçan uşaq

15 Noyabr 2018 09:47

Elgün Quba rayonunun Əlibəyqışlaq kəndində yaşayır. Dostumuzun 11 yaşı var. 7 yaşından qaçışla məşğul olur. İdmançı  enişli - yoxuşlu yollarda qaçış normativlərinin öhdəsindən məharətlə gəlməyi bacarır.Elgün bu il Quba məktəbliləri arasında keçirilən qaçış yarışında gücünü sınayıb.  O,  həmyaşıdları arasında rayon ikincisi olub.