Uşaqların yuxu rejimi necə olmalıdır?

15 Noyabr 2018 09:54

Düzgün yuxu rejimi uşaqların sağlam və tez böyüməsinə kömək edir. Buna görə də onların yuxu rejimini daim nəzarətdə saxlamaq lazımdır. Məktəbə gedən uşaqlar səhər yuxudan çətinliklə oyanırlar. Bəs necə edək ki, bu çətinliyi aradan qaldıraq, uşaq yuxudan özü oyansın?Uşaq gec yatırsa, səhər oyanmaq ona çətin olacaq. Bunun üçün ilk növbədə sutkalıq yuxuya olan tələbat təmin edilməlidir. Yaşa uyğun olaraq balacaların yuxu müddəti fərqlidir. Məktəbəqədər və məktəb yaşlı uşaqlar gecə 10-11 saat yatmalıdır. Böyüdükcə yuxuya ehtiyac azalır. Yeniyetməlik dövründə isə sutka ərzində 8-9 saat  yatmaq kifayət edir.Aygün Cəfərova deyir ki, uşağın özünün oyanmasına kömək edəcək vasitələr tapmaq lazımdır. Rahat yatmaq üçün yataq otağında sakitlik  olmalı, televizor, kompüter kimi cihazlar söndürülməlidir.