"Uşaq hüquqlarının təşviqi” layihəsinin icrasına başlanılıb

15 Noyabr 2018 12:42

Layihə “ASAN Könüllüləri” Təşkilatının və BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin birgə əməkdaşlığı ilə həyata keçirilir.Layihə çərçivəsində ekspertlər tərəfindən təlimçilər üçün təlim proqramı, maarifləndirici sessiyalar və uşaq hüquqlarının təşviqi günləri keçirilir. Maarifləndirici tədbirlərin Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Sabirabad, Bərdə, Masallı, Qəbələ və Quba şəhərlərində  təşkili nəzərdə tutulur.