Əlləri üstündə gəzə bilən Yusufu daha yaxından tanıyaq

15 Noyabr 2018 12:58

Yusufun 7 yaşı var. O, sərbəst güləşlə məşğul olur. İdmançı dostumuz çətin akrobatik hərəkətlər etməyi bacarır. Əlləri üstündə sərbəst gəzə bilir. Bu formada  25-30 metr məsafə qət edir. Yusuf daha çətin akrobatik nömrələri öyrənmək həvəsindədir. Bunun üçün öz üzərində çalışır, məşq edir. Yusuf kimi dostları da akrobatikanı çox sevirlər. Onlar da müxtəlif  tryuklar göstərməyi bacarırlar. Məşqçi Kamran Yunusov deyir ki, sərbəst güləşdə akrobatik hərəkətlər olduqca vacibdir. Bu hərəkətlər uşaqların döyüş meydanında daha cəld olmasına xidmət edir.İdmançı dostlarımız noyabrın 18-i paytaxt Bakıda keçiriləcək güləş üzrə  açıq birincilikdə güclərini sınayacaqlar.