76 saylı məktəbdə Uşaq hüquqları aylığı iə bağlı tədbir keçirilib

17 Noyabr 2018 09:09

20 Oktyabr 20 Noyabr Uşaq Hüquqları Aylığı çərçivəsində məktəblərdə maarifləndirici tədbirlər davam edir. Daha bir tədbir Bakı şəhər 76 saylı tam orta məktəbdə təşkil olunub. Məktəbin akt zalında keçirilən tədbirdə şagirdləri və müəllim kollektivi iştirak edib. Şagirdlərə Uşaq Hüquqları Konvensiyası haqqında məlumat verilib. Aparılan müzakirələrdə “Uşaqların hansı hüquqları var, onlar hüquqlarını necə qorumalıdırlar”  kimi suallara aydınlıq gətirilib.Tədbirin sonunda bildirilib ki, uşaqlar cəmiyyətin həssas təbəqəsidir. Onların hüquqlarının qorunmasına hər kəs diqqətlə  yanaşmalıdır.