Uşaqları dərsə necə motivasiya etməli?

17 Noyabr 2018 09:14

Quba şəhər 2 saylı təbiət fənləri təmayüllü liseyin müəllimi Mətanət Yusifova şagirdləri dərsə motivasiya etmək üçün müxtəlif üsullardan istifadə edir. Müəllimə dərsin daha yaddaqalan olması üçün uşaqlarla qrup şəkilində işləyir. Belə ki, dərs zamanı fəal iştirak edən şagirdlər mükafatlandırılır. Mətanət müəllimə deyir ki, uşaqları həvəsləndirmək onların dərsə olan marağını artırır.Həmçinin şagirdlər bir-birlərinə baxıb daha yaxşı oxumaq üçün rəqabət aparırlar. Dərsdə fəal iştirak edən uşaqlar mükafat aldıqları üçün çox sevincli idilər.Onlar müəllimlərinə həmişə dərslərində çalışqan olacağlarına söz verdilər.Psixoloq Natavan Qəhrəmanova deyir ki, məktəblilərin dərsə həvəsləndirilməsi olduqca vacibdir. Bu işdə valideynlər də diqqətli olmalıdır.Psixoloqlar bildirirlər ki,dərslərində zəif nəticə əldə edən uşaqları digər uşaqlarla müqayisə etmək olmaz. Bu övladınızda özünə inamsızlıq  hissi yaradır. Ona növbəti dəfə daha yaxşı nəticələr əldə edə biləcəyini, bunun üçün bir az daha artıq çalışmalı olduğunu  bildirməniz daha məqsədəuyğundur.