Bir sinifdə 5 xalqın nümayəndəsinin təhsil aldığı məktəbdən reportaj

17 Noyabr 2018 11:11

Ölkəmizdə müxtəlif xalqların nümayəndələri yaşayır və onlar arasında sıx dostluq münasibətləri var. İsaak Xanukov adına Quba rayonu Qırmızı qəsəbə 1 saylı tam orta məktəbi buna əyani misaldır. Tədris ocağında milliyyətcə azərbaycan türkü olan uşaqlarla bərabər, yəhudi, axıska türkü, ləzgi və tatlar təhsil alır. Şagirdlərin milli mənsubiyyəti ayrı olsa da, onlar arasında heç kimə fərq qoyulmur.265 şagirdin təhsil aldığı məktəbdə hər bir xalqa məxsus adət-ənənələr də qorunub yaşadılır. Burada hər il Novruz, Pesax və Milad bayramları təntənəli şəkildə qeyd olunur.Məktəbin məzunları arasında ABŞ-ın, Avropanın, Türkiyə və Rusiyanın nifuzlu unversitetlərində təhsillərini davam etdirənlər kifayət qədərdir.