Tanınmış modelyer: “Uşaq vaxtı mənə “Kukla” deyirdilər”

19 Noyabr 2018 14:09

Tanınmış modelyer-dizayner Gülnarə Xəlilova “ARB Günəş”in “Mən məktəbli ikən” telelayihəsinin qonağı olub.O bildirib ki, həm baxçada, həm də məktəbdə oxuyanda aktiv şagird olub,bütün tədbirlərdə fəal iştirak edib:“Baxçada məni “Kukla” deyə çağırırdılar. “Yeni il” tədbirlərində   “qar qız” mən olurdum. Həmin tədbirlərdən çəkilən fotolarımın arxa üzündə də öz adımın əvəzinə “Kukla yazırdılar”  – deyə Gülnarə xanım əlavə edib. Gülnarə Xəliliova onu da deyib ki, modelyerliyə uşaq yaşlarından həvəs göstərib. Kiçik yaşlarında gəlinciklərinə müxtəlif paltaralar tikib.Gülnarə xanım bildirib ki, hazırda modeyler olmaq istəyən gənclərin sayı çoxdur: ”Uzun illərdir ki, modeylerlik peşəsi gündəmdədir.Amma bu sənət istedad və həvəs tələb edir. Modelyerliyə bu peşə dəbdə, gündəmdə olduğu üçün yox, istedad, bacararıq varsa, yiyələnmək lazımdır” -  deyə tanınmış modelyer söyləyib.“Mən məktəbli ikən” verilişi hər həftənin bazar günü saat 19:30-da “ARB Günəş”in efirində yayımlanır.