Milyonçu obrazını yaratsa da, həyatda milyonçu olmaq istəmir - əməkdar artistdən maraqlı açıqlamalar

19 Noyabr 2018 14:12

“ARB Günəş”in efirində yayımlanan “Kiçikdən-böyüyə” verilişinin budəfəki qonaqları tanınmış aktyor, əməkdar artist Mirzə Ağabəyli və 7 yaşlı nəvəsi Anar olub. Gələcəkdə alim, professor olmaq istəyən Anar veriliş boyu maraqlı fikirləri ilə babasını təəccübləndirib. Nəvəsinin ”Baba filmdəki kimi, həyatda da milyonçu olmaq istərdinmi?” sualını cavablandıran aktyor maraqlı açıqlaması ilə diqqət çəkib. Əməkdar artist milyonçu və xeyriyyəçi  Ağamusa Nağıyevin obrazını canlandırmasından danışıb və Anara belə deyib: “Kino başqa, həyat başqadır. Filmdə mən milyonçu rolunu oynamışam. Həyatda isə insanın öz şəraitini qurması üçün milyonçu yox, bir qədər maddi imkanının olması yetərlidir”. “Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də ölkənin ilk uşaq kanalı “ARB Günəş”də yayımlanır.