Kukla teatrında "Qırmızı papağın nağılı" tamaşası nümayiş olunub

20 Noyabr 2018 10:30

Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında "Qırmızıpapaq” əsəri yeni səhnə tərtibatı ilə tamaşaçılara təqdim olunub. Teatrın baş rejissoru Qurban Məsimov Şarl Perronun məşhur əsərini səhnələşdirərək ona fərqli quruluş verib.Tamaşanın quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Əməkdar Artist Vüqar Camalzadədir. Əsas rolları teatrın aparıcı aktyorları Cəmilə Allahverdiyeva, Cavid Telman, Rəhilə İbadova, Aygül Ağayeva, Samirə Nəcəfova, Vüsal Hüseynov və digərləri  ifa ediblər. Dostlar, tətil günlərini maraqlı və yaddaqalan keçirmək istəyirsinizsə o zaman Kukla Teatrına gələ bilərsiniz. Burada “Turp”, “Çipollino”, “Pişiyin evi”, “Şəngülüm, məngülüm”, “Gözəl və Bədheybət”, Ələddin”,  “Tıq-tıq və Taq-taqın nağılı”,  “Cik-cik xanım”  tamaşalarını izləmək imkanınız var.