1 nömrəli UGİM-də "Payız nəfəsi" adlı açıq qapı günü keçirilib

22 Noyabr 2018 09:18

1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin Təsviri sənət qalareyasında “Payız nəfəsi” adlı açıq qapı günü keçirilib. Tədbirdə uşaq və gənclər rəngkarlıqla məşğul olub, saralmış yarpaqlardan müxtəlif aplikasiya və kollajlar düzəldiblər. Dərnək rəhbərləri payız mövzusunda ustad dərsləri keçiblər. Qalereyanın zallarında müxtəlif mövzuları əhatə edən sərgilərdə fırça həvəskarlarının rəsm əsərləri nümayiş etdirilib. “Açıq qapı” gününün təşkilində məqsəd yetişən nəslin estetik zövqünün formalaşdırılması, istedadların aşkar edilməsi və onların asudə vaxtının səmərəli təşkilidir. Tədbirin sonunda sərgidə iştirak edən istedadlı rəssamlar  mükafatlandırılıb.