Şabranda “Uşaq Hüquqları Aylığı”na həsr olunmuş tədbir təşkil olunub

22 Noyabr 2018 09:32

“Uşaq Hüquqları aylığı” ilə əlaqədar  Şabran şəhər 1 saylı tam orta məktəbdə tədbir keçirilib. Şagirdlərə Uşaq Hüquqları Konvensiyasının qəbul tarixi və bəndləri haqqında izahlı məlumat verilib.  Son illər ölkəmizdə uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlərdən söz açılıb.Məktəbli dostlarımız da maraqlı çıxışlar edib və istedadlarını  nümayiş etdiriblər. Tədbirin keçirilməsində məqsəd uşaqlara diqqəti artırmaq və onların hüquqlarını qorumaqdır. Tədbir məktəblilərin çıxışları ilə davam edib.