Həvəskar fırça ustası Turqayı tanıyaq

22 Noyabr 2018 09:40

Turqayın 7 yaşı var. O,  Xaçmaz rayonunun Xudat şəhərində yaşayır. Birinci sinif şagirdi olan dostumuzun anadangəlmə nitq problemləri var.  İstedadlı məktəbli  maraqlı rəsmlər çəkir. Xüsusilə təbiət mənzərələrini təsvir etməyi  xoşlayır.Turqay rəsmlərinin bir hissəsini  hər hansı foto və şəkillərə baxıb çəkir.  Bəzən də  təbiət mənzərələrini seyr edərək albom vərəqlərinə  köçürür. İstedadlı dostumuz uğur qazanmaq üçün öz üzərində çalışır. O, sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılan dərnəyin üzvüdür. Burada   rəsm və nitq  məşğələlərinə iştirak edir.