Yuxunuz nağıllarla daha şirin olacaq!

10 2018 16:38

Ölkənin ilk uşaq televiziya kanalı olan “ARB Günəş” yeni mövsümdə  öz balaca izləyicilərinin qarşısına maraqlı layihələrlə çıxacaq. Bu layihələrdən biri də “Yuxunuz şirin olsun” verilişidir. Teleproqramda uşaqlara yatmazdan öncə onların xəyal dünyasını və təxəyyülünü inkişaf etdirən nağıllar danışılacaq. Verilişin məqsədi uşaqlarda mütaliəyə sevgi və oxuma vərdişinin yaradılması, eləcə də, ana dilimizin sevdirilməsinə töhvə verməkdir. Sentyabr ayının  17-dən yayıma başlayacaq verilişin efir vaxtı hər gün saat 20:55-də olacaq. Verilişin aparıcısı Elnarə Şahmirzəyevadır.