Şabranda şahmat üzrə rayon birinciliyi keçirilib

24 Noyabr 2018 08:58

Şabran rayon pilot məktəbliləri arasında şahmat turniri keçirilib.  Səkkiz məktəbin qatıldığı yarışda 24 oğlan, 24 qız olmaqla ümumilikdə 48 şagird mübarizə aparır. Yarışda ilk birinci yeri tutan 3 qız və 3 oğlan zona birinciliyində Şabran şəhərini təmsil edəcəklər. Şahmat yarışı  2,3 və 4 sinif şagirdlərini əhatə edir. Çempionatda hər sinifdən 1 qız və 1 oğlan mübarizə aparır. Komanda hesabında birinci yeri Şabran şəhər 1 saylı tam orta məktəb, ikinci yeri 2 saylı tam orta məktəb, üçüncü yeri isə 4 saylı tam orta məktəb tutub.