Riyazi məsələlərin asan yolla həlli üsulları

27 Noyabr 2018 09:06

Şagirdlər riyazi misalları həll edən zaman müəyyən çətinliklərlə üzləşirlər. Dostlar, indi sizə tapşırıqları asan yerinə yetirmək üçün bir neçə  üsul deyəcəm. Bunlardan biri kağız əldir. Rəngli kağızları əl formasında kəsərək  hesablama işini  tez və rahat yerinə yetirmək üçün istifadə edə bilərik. Başqa bir vasitə isə fiqurların köməyindən yararlanmaqdır. Bu fiqurlarla hesablama aparmaq daha rahatdır. İndi isə domino üsuluna nəzər yetirək.  Vərəqdə dominonun xanalarını çəkərək toplananlara uyğun olaraq nöqtələri təsvir edin. Cəmi tapmaq üçün xanalardakı nöqtələri sayın.  Dostlar, əgər siz də toplama və çıxma əməllərində çətinlik çəkirsinizsə bu cür üsullardan  istifadə edərək misalları qısa vaxtda  həll edə bilərsiz.