Dron hazırlayan məktəblilər

27 Noyabr 2018 11:07

Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası "Mən pilotam" adlı layihə həyata keçirir. Layihə məktəblilərin dərsdənkənar elmi-yaradıcılıq bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır. Dostlarımız müəllimlərin köməyi ilə dron hazırlayıblar.4 pərdən və 4 motordan ibarət dron 10 metr hündürlüyə qalxır. Bu texnika 5 dəqiqə səmada uça bilir. Dronun maraqlı xüsusiyyətlərindən biri də rəngini dəyişməsidir.Məktəbli dostlarımız hazırda yapon mühəndislik proqramı olan "Ginesis"i öyrənirlər. Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyası yeni layihələr üzərində çalışır. Ölkəmizdə ilk dəfə olaraq Dron olimpiadasının keçirilməsi nəzərdə tutulur. Müsabiqə 8-14 yaşlı məktəblilər arasında təşkil olunacaq.