Barmaqların köməyi ilə rəsm çəkməyin yolu

29 Noyabr 2018 09:00

Səbinə Əkbərova rəssamlıqla məşğul olur. Fırça həvəskarı əl və barmaqların köməkliyi ilə maraqlı rəsmlər çəkir. Dostumuz deyir ki, bu cür rəsm çəkmək həm asan olur, həm də səliqəli alınır. Səbinə bir rəsmin çəkilməsinə və rənglənməsinə təxminən 10 dəqiqə vaxt sərf edir. Rəngkar dostumuz rəsmlərin tez və rahat alınması üçün fərqli üsullar üzərində çalışır.  İstedadlı məktəbli rəsm çəkməyin sirlərini dostları ilə də paylaşır. Onlara bu işdə  barmaqlardan necə  yararlanmağı izah edir. Səbinə əl işlərinin sayını artırıb fərdi sərgisini təşkil etmək niyyətindədir.