Şagirdlər mayelərin bir-birindən ayrılması və elektrik enerjisi istehsalı təcrübələrini həyata keçiriblər

29 Noyabr 2018 09:10

Bu gün 3 Nömrəli Uşaq Gənclər İnkişaf  mərkəzində fəaliyyət göstərən MultiElm dərnəyinin qonağıyıq. Dərnəyin 15-ə yaxın üzvü var. Burada 4-cü və daha yuxarı sinif şagirdləri təhsil alır.MultiElm laboratoriyası fizika, biologiya və kimyanı əyani öyrənmək üçün kompüterləşdirilmiş elmi təcrübələr laboratoriyasıdır. Bu gün dostlarımız mayelərin bir-birindən ayrılması və elektrik enerjisi istehsalı təcrübələrini  həyata keçirdilər. Məktəblilər növbəti dərslərdə “Sərbəst düşən cisimlərin hərəkəti”, “Sürtünmə qüvvəsi”, “Səs dalğaları”, “Tənəffüs”, “Temperatur” və digər  mövzuları təcrübələr əsasında öyrənəcəklər.