Ölkənin ilk uşaq televiziyası “ARB Günəş”in də iştirak etdiyi 7-ci Beynəlxalq Uşaq Mediası Konfransı davam edir

29 Noyabr 2018 17:43

Konfransda uşaq mediası sahəsində mütəxəssislər iştirak edərək bir-birindən maraqlı təqdimatlar keçiriblər. Tədbir "Uşaq mediasında mövzu və xronometraj  seçimi" mövzusununu əhatə edir.  Konfransda dünya uşaq mediasında peşəkarlıq səviyyəsi, uşaqların mobil və rəqəmsal texnologiyalara olan meyli, uşaq verilişlərinin gələcəyi mövzuları müzakirə olunub. İlk gün "Uşaqlar üçün mobil cihazlar və rəqəmsal təhsildə əsas göstəricilər", "3-6 yaş qrupunda olan uşaqların telefon və kompüterdən istifadəsinə valideyn nəzarəti " , "Rəqəmsal oyunlar və texnoloji oyuncaqlar uşaq inkişafına necə təsir edir?  məsələlərinə toxunulub.  Ökənin ilk və yeganə uşaq televiziya kanalı olan “ARB Günəş” də 7-ci Beynəlxalq Uşaq  Mediası Konfransında iştirak edir.