Türkiyədə 7-ci "Beynəlxalq Uşaq Mediası Konfransı” davam edir

30 Noyabr 2018 10:39

İstanbulda keçirilən 7-ci Beynəlxalq Uşaq Mediası Konfransının 2-ci günündə maraqlı mövzular müzakirə olunub. Bu sahədə çalışan mütəxəssislər fikir və mülahizələrini iştirakçılarla bölüşüblər.  Ölkəmizin ilk uşaq kanalı “ARB Günəş”in də iştirak etdiyi konfrans bu gün yekunlaşacaq.Konfransın 2-ci günündə "Televiziya və sensor ekranlardan öyrənmə", "Yeni nəslin davranış və fikirlərini anlamaq", "Media dili" mövzularında mütəxəssislərin çıxışları və təqdimatları baş tutub. Bununla yanaşı tədbir çərçivəsində keçirilən sosial çarx müsabiqəsi qaliblərinin adları açıqlanıb.