Xarici dildə bədii ədəbiyyat oxumağın məktəblilərə hansı faydaları var?

30 Noyabr 2018 10:45

Günel və Səbinə ingilis dilini öyrənir. Onlar dil biliklərini  artırmaq üçün hər gün bədii əsərlər oxuyurlar. Xaçmaz rayon Mərkəzi Kitabxanasına üzv olan dostlarımız həftə ərzində ingilis dilində 1-2 kitab oxuyurlar.İngilis dili müəllimi  Günay Qasımlı deyir ki, təkcə lüğətdən söz əzbərləməklə xarici dil öyrənmək həm çətindir, həm də bu üsulla dili tam mənimsəmək olmur. Ona görə də xarici dildə filmlər izləmək, bədii kitablar oxumaq, mahnılar dinləmək söz ehtiyatını  artırır. Xaçmaz rayon Mərkəzi Kitabxanasının fondunda ingilis dilində olan ədəbiyyatların sayı 6000-dən çoxdur. Hər il 1200-dən çox oxucu bu kitabları mütaliə edir.