Uşaqları fərqli qiymətləndirmə üsulları ilə dərsə həvəsləndirən müəllim

30 Noyabr 2018 10:58

Quba rayonu, Mirzəməmməd kənd ibtidai məktəbinin müəllimi Vüsalə Nurəddinova şagirdləri dərsə həvəsləndirmək üçün müəyyən üsullardan istifadə edir. Belə ki, o, dərs zamanı fəallığı ilə seçilən uşaqları mükafatlandırır. Çalışqan şagirdlərin şəkilləri sinif otağının tavanından asılan bu çiçəklərə  yapışdırılır. Daha sonra həftənin qalibləri müəyyən olunur. Həftənin qalibləri bu titulu əldən verməmək üçün dərslərini daha da yaxşı  oxuyurlar. Vüsalə müəllimə deyir ki, şagirdlərin qiymətləndirilməsi onların dərsə marağını  artırır. Uşaqlar arasında rəqabət yaranır. Hər kəs qalib seçilmək üçün öz üzərində çalışır. Mütəxəssislər bildirir ki, müəllimlərlə yanaşı, evdə valideynlər də uşaqları dərsə həvəsləndirmək üçün müəyyən üsullar fikirləşməlidir. Məktəblilərin hər bir uğuru ən azından xoş sözlərlə dəyərləndirilməlidir.