Sevimli ev heyvanlarına qulluq edən Ömər və Osman qardaşları

01 Dekabr 2018 11:36

Ömər və Osman heyvanları çox sevirlər. 2 ildir ki, evdə tısbağa və tutuquşu saxlayırlar. Böyük həvəslə onlara yem, su verirlər. Tutuquşu və tısbağaları  xəstəliklərdən qorumaq üçün qayğılarına qalırlar. Ömər gündə 3-4 dəfə tısbağaları yemləyir. Çanaqlı bağalar çörək və soxulcanlarla qidalanırlar. Məktəbli dostumuz onları yemlədikdən sonra evdə gəzdirir.  Heyvanlar  üçün akvarum da alıb.  Osman tutuquşusunu tək qoymur. Vaxtlı-vatında onu yemləyir. Deyir ki, bu quş istini çox sevir. Ona görə də tutuquşular olan otağın temperaturuna diqqət etmək lazımdır. Dostlarımız bu canlıları ailənin bir parçası kimi qəbul edirlər. Hətta gəzintiyə gedəndə  də onları  özləri ilə birlikdə aparırlar.