13 yaşlı məktəbli oxuduğu sinifdə maraqlı aksiya təşkil edib

01 Dekabr 2018 11:53

Rəssam dostumuz Aynurun 13 yaşı var. Məktəbli sadə qələmlərlə maraqlı şəkillər çəkir. Bu gün o, əl işlərindən ibarət maraqlı bir aksiya keçirmək qərarına gəlib.  Belə ki, Aynur çəkdiyi rəsmləri toplayaraq rəngləmək üçün sinif yoldaşlarına verib.  Aynurun sinif yoldaşları şəkilləri rəngləməklə, bu işdən böyük zövq aldılar. Həmçinin rəsimlərin çəkilmə qaydalarını öyrəndilər. Dostumuz bu addımı atmaqla, sinif yoldaşlarını boş vaxtlarını səmərəli keçirməyə səslədi. Aynur rəsmlərinin sayını artırıb gələcəkdə məktəbin bütün siniflərinə  boyamaq üçün  təqdim etmək niyyətindədir.