Quba rayonunda 185 xüsusi qayğıya ehtiyacı olan uşaq fərdi təhsilə cəlb olunub

04 Dekabr 2018 12:23

Biz bu gün Aişə və Aytac adlı dostlarımızın qonağıyıq. Onlar Quba rayonunun Alekseyevka kəndində yaşayırlar. Bacıların sağlamlıq imkanları məhdud olduğu üçün evdə təhsil alırlar. Aişə 9-cu sinifdə, Aytac isə 10-cu sinifdə oxuyur. Zemfira və Aişə müəllimə dostlarımıza elmin sirlərini aşılayırlar. Bacılar dərslərini böyük həvəslə öyrənirlər.Araşdırmalara görə sağlamlıq imkanları məhdud olan uşaqların əksəriyyəti yaradıcı və həyata bağlı olurlar. Aişə və Aytacın da maraqlı əl işləri var.Sağlamlıq imkanları məhdud uşaqların özünə qapanmaması və cəmiyyətə uyğunlaşmasında təhsilin rolu böyükdür. Quba rayonunda 185 xüsusi qayğıya ehtiyacı olan uşaq fərdi təhsilə cəlb olunub. Onlardan 121-i fiziki imkanları məhdud, 64-ü isə əqli cəhətdən problemi olan  uşaqlardır.