16 yaşadək futbolçu qızlar arasında Respublika çempionatında 14 komanda gücünü sınayır

04 Dekabr 2018 12:33

7-ci turda Xaçmaz komandası Bakının Fidan komandası ilə qarşı-qarşıya gəlib. Yarış Quba Olimpiya komleksində baş tutub. Hava yağmurlu olsa da oyun maraqlı anlarla yadda qalıb.Birinci hissədə öndə olan Xaçmaz komandası, ikinci hissədə də qələbə hesabını qoruyub saxlaya bilib -  5:2 .Çempionat 26 turdan ibarətdir. Xaçmaz komandasının qarşıda hələ 21 oyunu var. Məşqçi Məzahir Abdurrəhmanov deyir ki, çempionatın keçirilməsində məqsəd, qızlar arasında futbola marağı artırmaq və  istedadlı idmançıları milli komandaya cəlb etməkdir.  Futbolçu qızlar arasında respublika çempionatına aprelin sonunda yekun vurulacaq. Qalib gələn komandalar diplom və kubokla mükafatlandırılacaq.