"Soyuq əllər, isti ürək" yarmarkasına start verilib

04 Dekabr 2018 12:37

Bakıda Fəvvarələr meydanında “Soyuq əllər, isti ürək” Yeni il yarmarkası açılıb. Burada əsl bayram əhval-ruhiyyəsi hökm sürür. Yarmarkada oyuncaqlar, bəzəkli şam ağacları, xoş musiqi və hər zövqə uyğun təamlar təqdim olunur. Yarmarka açıldığı ilk gündən paytaxt sakinlərinin və qonaqların diqqətini cəlb edib. Burada balaca dostlarımız üçün şən oyunlar da keçirilir. Qalib gələnləri  hədiyyələr və şaxta baba ilə görüş gözləyir.Dekabr ayı boyunca və yeni il bayramı günlərində qonaqları konsert proqramları, çoxlu sürprizlər gözləyir. Yarmarkadan toplanan vəsait xeyriyyə işlərinə sərf ediləcək.