Yeni mövsümdə “Kiçikdən-böyüyə” hər kəs “ARB Günəş”i izləyəcək

12 2018 11:13

Böyüklərlə uşaqlar arasında körpü yaratmaq, onları qarşılıqlı fikir mübadiləsinə sövq etmək məqsədi ilə “ARB Günəş” yeni layihəyə start verir. Bütün yaş dövlərinin gözəlliyini, həyatın hər anının dəyərini xatırladacaq “Kiçikdən-böyüyə” verilişində tanınmış simalar və uşaqlar arasında  həyata dair maraqlı dialoqlar olacaq. Böyüklərin həyat təcrübəsini uşaqlara çatdırmaqla bərabər, uşaqlardan öyrənməli çox seyin olduğunu yada salmaq verilişin əsas məqsədidir. Veriliş yeni telemövsümdə hər həftənin cümə axşamı saat 18:45 –də “ARB Günəş”in efirdə olacaq.