Uşaqlar atalar sözlərinin əhəmiyyyəti haqqında nələri bilir?

05 Dekabr 2018 13:34

Birinci sinif şagirdi olan  Lalə çoxlu el məsələləri və  atalar sözləri bilir.  O, Quba rayonu Zərdabi qəsəbə tam orta məktəbində oxuyur.  Dostumuz hikmətli sözləri təkcə əzbərləməklə kifayətlənmir, onların mənalarını da öyrənir. Lalə atalar sözlərini kitablardan oxuyur. Məktəbli bu yolla söz ehtiyatını artırır. Müəllim Fatma Tağıyeva deyir ki, atalar sözləri böyüklərimizin bizə  məsləhətləridir.  Bu hikmətli sözlərdə nəsihətlər,  sınanmış fikirlər yer alır.  Ona görə də atalar sözlərinin uşaqların tərbiyəsində əhəmiyyəti böyükdür. Məktəbli dostumuz Lalənin bacarıqları bununla bitmir.   O,  həm də maraqlı rəsmlər çəkir.