Fiziki məhdudiyyətli şəxslərin yaradıcılıq sərgisi keçirilib

05 Dekabr 2018 13:44

Paytaxtda Fiziki məhdudiyyətli şəxslərin X ümumrespublika yaradıcılıq Sərgi-müsabiqəsi keçirilir. Tədbir “2018-ci ildə əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi və reabilitasiyası Proqramı”na əsasən təşkil olunub. Sərgini Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da izləyib. Sərgidə 250 nəfərdən çox sağlamlıq imkanları məhdud şəxsin 1500-dən artıq əl işi nümayiş olunub. Bu əl işləri hörmə, rəsm, toxuma, xalçaçılıq, ağac üzərində oyma, bədii tikmə və dulusçuluq məmulatlarıdır. Tədbir çərçivəsində xüsusi qayğıya ehtiyacı olan uşaqların əl işlərinin satışına da şərait yaradılıb. Bu da onların həvəsləndirilməsinə xidmət edir. Müxtəlif nominasiyalar üzrə bacarıq və qabiliyyəti ilə fərqlənən iştirakçılar mükafatlandırılıb.Sərgiyə dekabrın 5-də yekun vurulacaq.