Mirzə Şəfi Vazeh adına Kitabxanada uşaq və yeniyetmələr üçün "Mirzə Şəfi Vazeh ədəbi məclisi" təşkil olunub

05 Dekabr 2018 13:54

Məclis “İstedadlı gənc yazarlara dəstək” layihəsi çərçivəsində yaradılıb.Məktəblilər bədii əsərlərin yazılma qaydalarını öyrəniblər. Şeir, nağıl, poema, esse və s. janrlarda qələmə aldıqları yazılarını ədiblərin baxışına təqdim ediblər.Ədəbi məclisin tədbirlərinin silsilə şəklində davam etdirilməsi planlaşdırılır. Ən yaxşı gənc yazarlar diplom və təşəkkürnamə ilə təltif olunacaq.