“Bəzən məcbur olursan ki, yalan danışasan” - tanınmış animasiya rejissoru, rəssam Elçin Hami Axundov

06 Dekabr 2018 08:54

“ARB Günəş”in “Kiçikdən-böyüyə” verilişinin budəfəki qonaqları tanınmış animasiya rejissoru, rəssam Elçin Hami Axundov və balaca Dəniz  olub. Tanınmış animator Dənizə cizgi filmlərinin necə hazırlanmasından danışıb, animasiya filmlərinin uşaqlar üçün əhəmiyyətindən söhbət açıb. Dənizin “Elçin  baba, yalan danışmaq olar? Siz heç yalan danışmısınız?” sualına rejissor belə cavab verib: ”Yalan danışmaq yaxşı deyil. Bəzən məcbur olursan ki, yalan danışasan. Hərdənbir xeyir işlər üçün yalan danışmaq olar.  Amma sənin danışdığın yalan qarşındakı insana zərər verməməlidir”.  Elçin Hami Axundov həmçinin ölkənin ilk uşaq televiziyası “ARB Günəş”i böyük maraqla  izlədiyini bildirib. Balaca Dəniz rejissorla veriliş boyu maraqlı söhbət ediblər. “Kiçikdən-böyüyə” verilişi hər həftənin cümə günü saat 18:45-də ölkənin ilk uşaq kanalı “ARB Günəş”də yayımlanır.