Oyunların uşaqların həyatında hansı əhəmiyyəti var?

06 Dekabr 2018 12:32

Uşaqları oyunsuz təsəvvür etmək mümkün deyil.Xüsusilə bağça yaşlı uşaqları.Oyunlar zamanı uşağlar fiziki hərəkətlər etməklə yanaşı, həm də bir-birləri ilə ünsiyyətdə olurlar.Bu baxımdan həm fiziki, həm də əqli inkişafetdirici oyunların uşaqların həyatında rolu olduqca böyükdü. Uşaqlar yarış xarakterli oyunlar oynamağı xoşlayır. Topları kim tez səbətə atar oyunu, şarlar üzərində hərəkət, halqalardan tullanmaq, basketbol və s kimi oyunlar onları özünə daha çox cəlb edir. İnkişafetdirici oyunlar uşaqların özlərini sərbəst şəkildə ifadə etməsinə müsbət təsir göstərir. Tərbiyəçi Şərabanı Manafova deyir ki, bağçada uşaqlara həftədə 3 dəfə olmaqla oyunlar keçilir. Hər oyun 20-25 dəqiqə davam edir. Amma uşaqlarla oyun baxça ilə məhdudlaşmamalıdır. Valideynlər evdə də övladları ilə oyunlar təşkil etməlidir.Uşaqlara oyunların keçirilməsi, onların sağlamlığına da müsbət təsr göstərir. Çünki, bu oyunlar zamanı uşaqların qaməti formalaşır və onlar fiziki baxımdan daha sağlam və gümrah olurlar.