Ana südündən sonra uşaqlar necə qidalanmalıdır?

07 Dekabr 2018 12:07

Mütəxəssislər uşağa ən azı 6 aylığına qədər ana südü verilməsini  məsləhət görürlər. Lakin uşaq böyüdükcə əlavə qidaya ehtiyac yaranır. Eyni zamanda körpənin həzm sistemi də inkişaf edir. 6 aylığından etibarən uşağa su, sıyıq, meyvə və tərəvəz püreləri vermək olar. İlk vaxtlarda əlavə yeməklər duru olmalıdır. Körpə böyüdükcə qatılaşdırmaq olar. 7-ci aydan başlayaraq körpənin ilk dişləri çıxmağa başlayır. Dişlərin sayı yavaş-yavaş artır və uşaq çeynəməyi öyrənir. Bu dövrlərdə balacalara artıq içərisində  çəkilmiş ət olan şorbalar  yedirtmək olar.İstənilən yeni qidanı körpəyə tədricən və ehtiyatla vermək lazımdır. Çünki ana südünə vərdiş olan uşaq təzə məhsulu çətinliklə qəbul edir.Əlavə qidanı verərkən uşağın səhhəti, çəkisi, hər-hansı qidaya qarşı allergiyasının olub - olmaması nəzərə alınmalıdır.