Siyəzən şəhər 6 saylı məktəb-liseydə istedadlı şagirdlərdən ibarət bacarıqlı əllər dərnəyi təşkil olunub

07 Dekabr 2018 12:17

Uşaqlar burada maraqlı əl işləri hazırlayırlar. Rəsmlərin çəkilməsində və maketlərin  hazırlanmasında onlara müəllimləri də yardımçmı olur.İstedadlı dostlarımız dərsdən sonra asudə vaxtlarını səmərəli keçirməklə yanaşı, həm də müxtəlif peşə bacarıqlarına yiyələnirlər. Dərnəyin rəhbəri Ramin Məmmədli deyir ki,  uşaqların   yaradıcı işlə məşğul olması onların təxəyyülünü, düşünmə bacarıqlarını inkişaf etdirir. Onların dərsdəki nəticələrinə də müsbət təsir göstərir. Şagirdlərin əl işləri məktəbin sərgi salonunda nümayiş etdirilir.