"R" və "L" hərflərini necə düzgün tələffüz etmək olar?

08 Dekabr 2018 14:41

Bəzi səslər var ki, uşaqlar onları tələffüz etməkdə çətinlik çəkir. Xüsusən “L” və "R" səslərinin tələffüzündə problem daha çox müşahidə olunur. Adətən uşaqlar bu səsləri “Y” kimi tələffüz edirlər. Bəs bunun səbəbi nədir?Nitq problemini aradan qaldırmaq üçün müntəzəm dil məşqləri edilməlidir. Uşaqlar hansı səsin tələffüzündə çətinlik çəkirsə onu söz və cümlə içində daha çox istifadə etməlidir. Məsələn, gün ərzində nitqdə tərkibində "r" olan sözlərdən mümkün qədər çox istifadə olunur ki, dil vərdiş etsin.Çox vaxt ailədə balaca uşaqla ünsiyyət zamanı onun diliylə danışmağa can atırlar. Mütəxəssislər bunun yanlış olduğunu deyir. Çünki, biz  sözü necə tələffüz ediriksə, uşaq da o cür qavrayır.Uşaqlar yanıltmaclarla məşq etməklə də səslərin düzgün tələffüzünə nail ola bilərlər.