Yeni mövsümdə “Biz gələcəyik” fərqli yeniliklərlə görüşünüzə gələcək

12 2018 13:01

"ARB Günəş"in  efirində yayımlanan “Biz gələcəyik” verilişi yeni mövsümə  17 sentyabrdan etibarən  start veriləcək. Verilişdə məktəblilərdən aparıcı seçilir, ARB Günəş”in aparıcısı və verilişin personajı ilə birlikdə müxtəlif mövzularda izləyicilərə məlumat verilir.  Proqramda müxtəlif musiqi və incəsənət mərkəzlərinin yetirmələri, xüsusi  bacarığı ilə seçilən uşaqlar çıxış edərək istedadlarını nümayiş etdirirlər. Bununla yanaşı, “Biz gələcəyik” verilişində məktəblilər üçün Azərbaycan dilindəki sözlərin düzgün yazılış qaydasının izahı təqdim olunur. İngilis dilini öyrənmək həvəsində olan uşaqlar üçün “İngilis dili” rubrikası, uşaqların fotoşəkillərindən ibarət “Bu mənəm”,  istedadını inkişaf etdirmək istəyən uşaqlar üçün “Bacarıqlı əllər” və  “Rəssamlıq məktəbi” rubrikaları nümayiş etdirilir. Layihənin əsas məqsədi məktəbliləri maarifləndirmək, onların elm, incəsənət, müxtəlif sahələr üzrə biliklərini artırmaq, istedad və bacarıqlarını nümayiş etdirmək üçün imkan yaratmaqdır. Verilişin studiya  çəkilişləri Xaçmaz şəhərində aparılır.  28 dəqiqəlik proqram  həftə içi 5 gün, saat 19:00-da yayımlanır.