Şabranlı məktəblilər müxtəlif materiallardan əl işləri hazırlayıblar

08 Dekabr 2018 14:44

Şabran rayon Padar kənd tam orta məktəbinin istedadlı şagirdləri maraqlı əl işləri hazırlayırlar. Məktəbdə fəaliyyət göstərən dərnəkdə 20-yə yaxın şagird öz bacarıqlarını inkişaf  etdirir.Məktəblilər əl işlərini əsasən plastik və taxta materiallardan düzəldirlər. Dostlarımız muncuq və iplərdən suvenir və aksesuarlar da hazırlayırlar.Dərnəyin azyaşlı üzvləri isə plastilindən heyvan fiqurları düzəldirlər.  Burada şagirdlər vaxtlarını səmərəli keçirilməklə bərabər müxtəlif bacarıqlara yiyələnirlər.İstedadlı məktəblilərin əl işləri rayonda təşkil olunan sərgilərdə nümayiş olunur.