Şirinçayın uşaq sağlamlığına hansı ziyanları var?

11 Dekabr 2018 13:42

Əksər uşaqlar səhər yeməyində şirinçay içirlər. Dostumuz Həsənağanın nənəsi də nəvəsini hər səhər şirinçay içmədən dərsə qoymur.Məktəbli gün ərzində 2 stəkan şirinçay içir. Həsənağa deyir ki, artıq səhər yeməyini şiriçaysız təsəvvür etmək ona çətin gəlir.  Bəs görəsən məktəbli dostlarımız necə şirinçay içirlərmi?Həkim Məleykə Kərimova deyir ki, şəkər qlükoza ilə zəngin olduğu üçün bədəndə tez həll olur. Onun tərkibindəki karbohidratlar qara ciyərin fəaliyyətini pozur. Bu da uşaqlarda hiporaktivlik yaradır. Həkimlər bildir ki, uşaqların çayına şəkər tozu əvəzinə bal əlavə edilsə daha yaxşı olar. Çünki, balın tərkibində qida əlavələri şəkərin tərkibindəkindən daha  çoxdur.