"Yatmış gözəl" tamaşası uşaqlar tərəfindən maraqla qarşılanıb

11 Dekabr 2018 13:50

Gənc Tamaşaçılar Teatrının səhnəsində Blangi Marvinin “Yatmış gözəl” nağıl-tamaşası təqdim olunub. Əfsanə əsasında yazılan əsərdə kral qızına ad günü keçirir, lakin cadugəri dəvət etmir. Bundan hirslənən cadugər bütün saraydakıları tilsimləyir.  “Yatmış gözəl” tamaşaçını bir anlıq da olsa reallıqdan ayırıb nağıllar dünyasına aparır. Ona görə də səhnə əsəri uşaqlar  tərəfindən maraqla qarşılanıb.Dostlar, qarşıdakı günlərdə Gənc Tamaçaçılar Teatrında “Tıq –Tıq xanım”, “Çəkməli pişik” ,”Şahzadə Xəzərin nağılı”, “Şirinlər” ,  “Don Kixot” tamaşalarını izləyə bilərsiniz.  Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə səhnəyə qoyulan  “Qar kraliçası” tamaşası  da yolunuzu gözləyəcək.