“Tərəqqi” texniki-humanitar liseyi tərəfindən “Gənc olimpiadaçılar qrupunun yaradılması” layihəsi həyata keçirilir

12 Dekabr 2018 11:47

Məqsəd paytaxt məktəblərində təhsil alan istedadlı şagirdlərin bilik və bacarıqlarını inkişaf etdirmək, onları olimpiadalara hazırlamaqdır.Seçim turunda 50-yə yaxın ümumtəhsil müəssisəsindən 300 nəfərədək VII sinif şagirdi iştirak edib. Onların arasından ən istedadlı 24 şagird seçilib.Məktəblilərə riyaziyyat fənni üzrə dərslər keçirilir. Onların bu fənn üzrə bacarıqları artırılır. Layihənin sonunda iştirakçılara sertifikat, qaliblərə isə diplom və hədiyyələr təqdim olunacaq.