“Heydər Əliyev irsinin öyrənilməsi" mövzusunda dərslərin keçilməsinə həsr olunan tədbir təşkil olunub

12 Dekabr 2018 13:59

Tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının  nümayəndələri və məktəblilər iştirak edib. Onlar ulu öndərin heykəli önünə gül dəstələri qoyublar.BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov və YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov çıxış edərək müasir Azərbaycanın memarı Heydər Əliyevin vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən, böyük xilaskarlıq missiyasından danışıblar. Sonda ümumilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə aid şagirdləri maraqlandıran suallar cavablandırılıb.