Quba məktəblərində ulu öndər Heydər Əliyevin anım tədbirləri keçirilib

12 Dekabr 2018 14:08

Əvvəlcə ümumilli lider Heydər Əliyevin xatirəsi  bir dəqiqəlik sükutla yad edilib.Müəllimlər çıxış edərək ulu öndərin elmə, təhsilə göstərdiyi qayğıdan,  onun ölkəmizin inkişafındakı əvəzsiz  xidmətlərindən danışıblar.  Dahi şəxsiyyət Heydər Əliyevin xalqın yaddaşında daim yaşayacağını bildiriblər.Şagirdlər ümumilli lider Heydər Əliyevə həsr olunan şerlər söyləyib, vətənpərvərlik musiqiləri ifa ediblər. Anım tədbiri məktəblilərin çıxışları ilə davam edib.