Bənövşəyi kartof niyə bu rəngdədir?

14 Dekabr 2018 12:54

Bənövşəyi kartof - bu tərəvəz həmçinin "qaradərili qadın", "Çin trufflesi" və ya "mavi Fransız truffle kartof"u adlanır. Bu kartofun vətəni Cənubi Amerikadır. Adi kartofa bənzəsə də, tərkibi çox fərqlidir. Hazırda dünyanın bir çox ölkələrində, o cümlədən qonşu Türkiyə və Rusiyada becərilir. Bənövşəyi kartof qədim dövrün qidası hesab olunur. 7 min il əvvəl Cənubi Amerikada İnk krallarının yemək menyusunda yer alıb. Bu kartof tanrıların qidası kimi qəbul edilib. Orta ölçülü bir kartofun uzunluğu təxminən 10 sm, çəkisi isə 70 q-dır. Şirin dadı var. Bənövşəyi kartof göz və ürək xəstəliklərinin dərmanıdır. Bu tərəvəz xərçəng hüceyrələrinin artmasının qarşısını alır, qan damarlarını təmizləyir və təzyiqi  normallaşdırır. Bənövşəyi  kartofu adi kartofdan fərqləndirən bir cəhət də var. Tərkibində hüceyrələri qoruyan və orqanizmi yaxşılaşdırmağa kömək edən antosiyanın kimyəvi birləşmələri də var.