“Xəbərdar ol” yeni mövsümdə yeni simalarla və maraqlı xəbərlərlə efirdə olacaq

14 2018 09:23

Ölkənin ilk uşaq televiziyası “ARB Günəş” yeni mövsümdə də öz izləyicilərini yeni xəbərlərdən agah edəcək. “Xəbərdar ol” verilişində təhsil sahəsindəki yeniliklər, ən yeni kəşflər, idman və incəsənət aləmində baş verənlər, bir sözlə uşaqları maraqlandıran bütün xəbərlər yer alacaq. Verilişdə uşaqların whatsapp ünvanımıza göndərdikləri videogörüntülər də təqdim olunacaq. “Xəbərdar ol” verilişinin ilk buraxılışı sentyabrın 15-də izləyə bilərsiniz. Uşaq xəbər proqramı həftə içi 5 gün saat 18:00-da “ARB Günəş”in efirində yayımlanacaq. Verilişin aparıcıları Aysel Qəhrəmanlı və Ülvi Məmmədovdur.  Bizi izləyin ki, siz də xəbərdar olasınız!