Torpağın münbit olması üçün nə lazımdır?

14 Dekabr 2018 12:58

Məktəbli dostlarımız təbiət qoynuna ekuskursiya ediblər. Onların məqsədi payızda torpaqda gedən təbii proseslərlə əyani şəkildə tanış olmaqdır.Xəzəl torpaq örtüyü üçün olduqca vacib əhəmiyyət daşıyır. Yerə düşən yarpaqlar örtük rolunu oynayır. Qışda torpağın donmasının qarşısını alaraq yerin altında gizlənən həşəratları, ağacların köklərini soyuqdan qoruyur. Saralmış yarpaqlar torpaqda yaşayan bəzi həşəratlar, göbələk və bakteriyalar üçün qida mənbəyidir. Onlar mikroorqanizmlər tərəfindən parçalanaraq torpağı mineral maddələrlə zənginləşdirir.Məllim Gülcahan Mehdiyeva deyir ki, şagirdlərin bu prosesləri təbii şəkildə izləməsi onların biliklərini möhkəmləndirir. Xəzəl bir çox canlılar üçün həm də sipər rolunu oynayır. Onlar düşmənlərindən qorunmaqdan ötrü yarpaqların altında gizlənirlər.