Uşaqlardakı artıq çəki problemini necə aradan qaldırmaq olar?

14 Dekabr 2018 13:32

Azərbaycanda piylənmədən əziyyət çəkən uşaqların sayı artıb. 2017-ci ildə 699 uşaqda ilk dəfə piylənmə aşkar edilib. 18 yaşadək olan uşaqların hər 100 000 nəfərindən 27-si tibb müəssisələrində bu problemə görə qeydiyyatda olub. 2018-ci ilin əvvəlinə isə bu göstərici əhalinin hər 100 000 nəfərinə 57 nəfər təşkil edib. Piylənmə daha çox yaşı 13-dək olan uşaqlar arasında müşahidə edilir.Artıq çəki probleminin səbəblərindən biri də oturaq həyat tərzi, hərəkətsizlikdir. İlk növbədə daxili orqanlar piylənməyə başlayır. Nəticədə onurğa problemləri yaranır, damar genişlənməsi başlayır. Bir çox uşaqlar qızardılmış, ayaqüstü yeməklərə, qazlı içkilərə, çips kimi çərəzlərə üstünlük verirlər. Gün ərzində bu cür qidalanırlar. Həmin qidalar isə ciddi sağlamlıq problemləri yaradır. Piylənmənin qarşısını almaq üçün tez həzm olunan süd, qatıq, meyvə-tərəvəz məhsullarından istifadə etmək lazımdır. Uşaq günün müəyyən saatlarında oynamalı, gəzməli, idman etməlidirlər  ki, sağlam olsunlar.